Nyu-Yorkun tarixi göydələni yanır

nyu-yorkun-tarixi-goydeleni-yanir
Oxunma sayı: 1696

Nyu-Yorkda “General Electric” göydələninin 23-cü mərtəbəsində yanğın baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hadisə yerinə 6 yanğınsöndürən göndərilib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, 50 mərtəbəli göydələn 1929-1931-ci illərdə inşa edilib və Nyu-Yorkun görməli yerlərindən biri hesab olunur.