O, auditoriyanı tez coşduracaq- Fotolar

o-auditoriyani-tez-cosduracaq-fotolar
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, dünən konsertə həsr olunmuş mətbuat konfransı keçirilib. “Hezz” klubda baş tutuan mətbuat kofransında DJ və onun solo çıxışı haqqında geniş məlumat verilib.

Konfransı idarə edən məşhur teleaparıcı Rüfət Ağayev bildirib ki, dekabrın 7-də “Hezz”-də klub mədəniyyətinin ən möhtəşəm hadisəsi olacaq: “Mark klub və restoran səhnəsində planetin ən aparıcı house-prodüserlərindən biridir və məşhur “Toolroom Records” markasının təsisçisidir. O, hər bir klub mədəniyyəti pərəstişkarına yaxşı məlum olan bir addır. Mark öz dahi yanaşması və auditoriyanı qısa zamanda alışdırmaq bacarığıyla deyil, həmçinin, inanılmaz enerjisiylə məşhurlaşıb”.

Mətbuat konfransında çıxış edən “Hezz” klubun piar meneceri Elvir Salamov isə konsert proqramı ilə bağlı ətraflı məlumat verib: “Mark dünyanın 100 ən yaxşı DJ-lərindən biri olduğu üçün ona maraq var. Buna görə də konsert üçün nəzərdə tutulan biletlər kifayət qədər satılıb. Ayaqüstü giriş şərtləri var: bunun üçün biletlər 30-100 manat arasında dəyişir. İlk olaraq səhnədə bizim öz DJ-lərimizin (DJ Elio Sanchez və DJ Hazy) çıxışı olacaq və ardınca gecə saat 01:00-da Mark Knight səhnədə görünəcək”.

Tədbirdə Əməkdar artist Tünzalə Ağayeva və ifaçı Miri Yusif də iştirak ediblər.

Qeyd edək ki, konsert proqramı sabah-dekabrın 7-də gecə saat 23:00-da “Hezz” klubda olacaq.

Xatırladaq ki, Mark “Ultra Music Festival Miami”də fasiləsiz 7 saat pult arxasında dayanaraq, rekorda imza atıb. O, “Yeni məktəbin lideri”, “House Music Awards” (HMA) mükafatının sahibdir. Bir il ərzində 40-dan çox ölkədə olan Mark Knight, 30 gün ərzində 20-yə yaxın konsert proqramıyla çıxış edib. Bundan başqa, Mark “Kiss 100 Awards” mükafat mərasimin ən yaxşı DJ-yi seçilib”.

Aynur Babayeva