“O, avantürist, axmaq və ambisiyalı nazirdir”- - Baş nazir

o-avanturist-axmaq-ve-ambisiyali-nazirdir-
Oxunma sayı: 1240

 

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, baş nazir hökumətin iclasında postundan  uzaqlaşdırılan ölkənin müdafiə naziri İrakli Alasaniya ilə bağlı “çoxlu sürprizlər”in olacağı elanını da verib:

“Alasaniyanın etdiyi, əlbəttə mənim üçün 2012-ci il qələbəsinə xəyanətdir və gürcü xalqını növbəti dəfə aldatmaq cəhdidir. Bunu dəfələrlə edib, onun üçün çoxlu sürprizlər olacaq”.

Baş nazir əlavə edib ki, Alasaniya avantürist və axmaq, ambisiyalı nazirdir və onun komandasının davranışı antidövlət yönlüdür.

Xatırladaq ki, postundan uzaqlaşdırılan Gürcüstan müdafiə nazirinin partiyası hakim “Gürcü arzusu” koalisiyasından çıxdıqlarını elan edib. Alasaniya bu addımı Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili və XİN rəhbəri Maya Pandjikidzenin onun ardınca istefa vermələrindən sonra atıb.