“O cür adamın əlini sıxmaq istəmədim” - “Neftçi”nin futbolçusu

o-cur-adamin-elini-sixmaq-istemedim
Oxunma sayı: 1577

“Neftçi”nin futbolçusu Kiril Petrov Topaz Premyer Liqasının XI turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, ukraynalı müdafiəçi əvvəlcə matçı dəyərləndirib...

- Oyuna 90 dəqiqə hücum etdik. "Zirə" isə bu gün antifutbol oynadı. Bir səhv oyunun taleyini həll etdi və uduzduq.

- Qolda daha çox kimin səhvi var idi?

-  Qolda mənim də səhvim var idi. Həmin epizodda düzgün ölçü götürmədim. Meydanın mərkəzində topu itirdik. "Zirə"nin hücumçusu topu daha tez ələ keçirdi.

- Qoldan sona komanda daxilində psixoloji gərginlik var idi. Bu, nəylə bağlı idi?

- Komanda daxilində belə hallar olur. Biz bir ailəyik. Bunu unuduruq.

- Ardıcıl 4 qələbədən sonra "Neftçi"ni dalbadal 3 gərgin oyun gözləyirdi. Artıq bir oyunda uduzdunuz...

- Növbəti oyunlarda yaxşı çıxış etməyə çalışacağıq. Bu gün oyuna görə uduzmadıq. Yaxşı oyun göstərdik. Bir səhv bizə baha başa gəldi.

- Matçın gedişində "Zirə"nin futbolçusu Milan Duriçlə mübahisə etdiniz...

- Ondan topu təmiz şəkildə aldım. Ancaq rəqib futbolçular qaydanı pozduğumu əsas gətirərək hakimə etiraz etdilər. Mən də onun dedim ki, niyə qışqırısan? Belə bir vəziyyət yarandı.

- Ancaq oyundan sonra Duriçin əlini sıxmadınız...
- Futbolçuyuq, hamımız eyni işi görürük. Bu cür adamlar isə təxribatla məşğuldurlar. Ona görə də o cür adamın əlini sıxmaq istəmədim.