O da subaylığın daşını atdı

o-da-subayligin-dasini-atdi
Oxunma sayı: 2101

 

Bu barədə Ailəm.az-a sənətçinin özü məlumat verib: "Açığı xəbərin mətbuata sızmasını heç istəmirdim. Bildiyiniz kimi uzun müddət bunu sirr saxladım. Təbii, toy elə bir hadisədi ki, onu ömürlük sirr saxlamaq olmaz. Doğru xəbərə yalandı deyə bilməyəcəyimə görə həqiqəti etiraf etməliyəm".

Sevib seçdiyi xanımla ailə qurmağa hazırlaşan Qismət ilk baxışdan vurulduğunu da gizlətməyib: "Həyat yoldaşımla harda, necə tanış olduğumu deyə bilmərəm. Çünki onun razılığı olmadan həyatımızın bu özəl məqamını paylaşmaq istəmirəm. Bəzi müğənnilərdən fərqli olaraq qohumumla ailə qurmuram. Bizim tanışlığımızda özəl kanallardan birinin - ATV-nin rolu olub. 6 ay əvvəl çox qəribə bir hadisə baş verdi və bütün həyatım dəyişdi. Necə deyərlər, sevgi Qismətin başına "danq" etdi".

"Mənim üçün qadın-kişi münasibətində sevgi, anlayış və qarşılıqlı razılıq önəmlidi", - deyən Qismət elə bu səbəbdən də toyunda KİV nümayəndələrinin iştirakına icazə verməyəcək: "Toy insanın həyatının özəl anıdı. Həm toya gələn qonaqların, həm də xanımımla mənim rahat olmağımız üçün belə qərar vermişik".

Qeyd edək ki, Qismətin toyu iyunun 13-də olacaq.