O daha rep deməyəcək

o-daha-rep-demeyecek
Oxunma sayı: 1294

“Jay Hun” ləqəbli repçi sənət fəaliyyətinə son qoyub.  “Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.  Ceyhun Bayramlı ifaçılıq peşəsi ilə vidalaşdığını qeyd edib:

“Bu günədək sənətimə və mənə hörmət etdiz, sevdiz. Hər birinizə təşəkkürlər. Hər şey qarşılıqlıdır.  Amma bu gündən etibarən sənət fəaliyyətimə son qoyuram. Sizi və sənəti çox sevdim. Məni pis biri olaraq xatırlamayın”. 

Qeyd edək ki, reper Dövlət Gömrük Komitəsində inspektordur, rütbəsi leytenantdır. 

Xatırladaq ki, ifaçı Anar Nağılbaz, Səidə Sultan, Elşad Xose kimi məşhurlarla duet oxuyub.