“O, ərköyün və şıltaq idi” - Azərbaycanlı idmançı həyat yoldaşı haqqında+Fotolar

o-erkoyun-ve-siltaq-idi
Oxunma sayı: 1262

Azərbaycan millisinin basketbolçusu Rolanda Əliyev Litva mətbuatına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, o, müğənni Qoda Əliyeva ilə ailə münasibətlərindən danışıb:

“Qoda mənim üçün şahzadədir və başına tac qoymuşam. Yeni-yeni münasibət qurarkən bəzi çətinliklərlə üzləşdim. Əgər qadın xoşbəxtdirsə, bütün ailə xoşbəxt olacaq. Çünki ailə qadından başlayır. Onunla qürur deyirəm. Qodanın müğənni olması bizim həyatımıza təsir etmir. Ailə mənim üçün prioritetdir. O, əvvəl çox ərköyün və şıltaq idi. Lakin zaman-zaman bu düzəlməyə başladı”.

Əliyev Qoda ilə tanışlığı haqqında fikirlərini bölüşüb: “Onunla restoranda tanış olmuşam. Üzbəüz masalarda oturub yemək yeyirdik. Bir gülüş bizim dostluğumuzun başlanğıcı oldu. Daha sonra bu dostluq sevgiyə çevirildi. Mənim üçün yoldaşım idealdır. Onu dəyişdirmək istəmirəm”.

Qeyd edək ki, cütlüyün iki övladı var.