“O erməni gədəsinin kameralar qarşısında...”

o-ermeni-gedesinin-kameralar-qarsisinda
Oxunma sayı: 4989


Hərbi ekspert Üzeyir Cəfərov dünən Tovuz rayonunda girov götürülən erməni girovun general-leytenant Rövşən Əkbərovla üzləşdirilməsi və kameralar qarşısında sorğu-sual edilməsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, ekspert  hesab edir ki, bu cür gözəl şansdan Azərbaycan tərəfi normal şəkildə yararlana bilməyib:

“Sözsüz ki, erməni tərəfi öz vətəndaşını müdafiə etmək üçün deyəcək ki, o mülki vətəndaşdır, xəstədir və sair. Amma, hər şey ola bilər. Bir qədər səbr etmək lazımdır. 

O erməni gədəsinin kameralar qarşısında o şəkildə sorğu-sual edilməsi kökündən yanlış və zərərli bir hərəkət idi. 

Əvvala, birləşmə komandiri kimi general-leytenant Rövşən Əkbərov şəxsən bu hadisəyə görə məsuliyyət daşıyır. İkincisi, bizim 2 nəfər girov vətəndaşımız -Şahbaz Quliyev və Dilqəm Əsgərov hələ ki yaramazların cəngindədirlər. Bəs biz onları geri qaytarmaq üçün nə etməliyik sualını özümüzə vermək istəmirik? Mən emosiyaları başa düşürəm, amma addım atanda da elə atmaq lazımdır ki, onun məntiqi nəticəsi olsun və o hərəkət müsbət effekt versin. 

Hesab edirəm ki, əlaqədar qurumlar mənim yazdığım qeydləri tam səmimi qəbul edəcəklər və bunun hansısa şəxsi istəkdən deyil, dövlətimizin imici baxımından qeyd edildiyini nəzərə alacaqlar”.