O gündən 26 il keçdi

o-gunden-26-il-kecdi
Oxunma sayı: 2056

Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 26 il keçir.

“Qafqazinfo” xəbər verir ki, 1991-ci il noyabrın 20-də vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. 

Ümumilikdə qəza nəticəsində 22 nəfər həyatını itirib. Onlar aşağıdakı şəxslərdir: 

 - Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü