“O insanı qarşımda diz çökdürməsəm qızımın gözünə rahatlıqla baxa bilmərəm”

o-insani-qarsimda-diz-cokdurmesem-qizimin-gozune-rahatliqla-baxa-bilmerem
Oxunma sayı: 4282


“Qafqazinfo” Gecce.az-a istinadən xəbər verir ki, müğənni bəzi həmkarlarının”ulduzluq xəstəliyi”ndən çox ciddi əziyyət çəkdiklərini belə izzah edib: “Baxırsan ki, hələ özünü bu sənətdə təsdiqləməyən bəzi ulduzcuqlar var ki, telefon nömrələrinə zəng edəndə özləri yox ətrafındakı insanlar cavab verir. Bununla özlərini ulduz, əlçatmaz göstərmək istəyirlər. Bəzi ulduzcuqların bu hərəkəti məni çox qəzəbləndirir. Bir gəlin bizim səviyyəmizə çatın, bizim olduğumuz yeri görün, bizim durduğumuz bu pillə, bu yüksəklik ki var, o pillənin altında durub bizə baxa bilin hələ, sonra o cür yola əlatın. Brilliant Dadaşova, Faiq Ağayev, Ədalət Şükürov kimi müğənnilərimiz özləri telefonlarına cavab verir, bu ulduzcuqların isə telefonuna başqaları.”

Aparıcının “Heç toyda döyülmüsənmi?” sualına Vasif bəy “Xeyr,amma buna cəhd ediblər. Mən o məni döyməyə cəhd edən insanı qarşımda diz çökdürməsəm evə gəlib qızımın gözünə rahat baxa bilmərəm. Amma çox məşhur müğənnini gözlərim önündə elə bir abıra salıblar ki, döysəydilər ondan yaxşıydı” deyə cavab verib.