“O, məni və həyatımı dəyişdirdi” - Fotolar

o-meni-ve-heyatimi-deyisdirdi
Oxunma sayı: 3787

Amerikalı pop ulduz Castin Timberleyk “Hindsight an All the Things I Can’t See in Front of Me” adlı kitabında xanımı Cessika Billə tanışlıq prosesindən söz açıb. 

“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı müğənni Cessikanı Hollivudda təşkil olunan bir tədbirdə gördüyünü bildirib: “Bir qrup insanlarla əylənirdik. Sonra mən zarafat etdim, onun xaricində heç kəs başa düşmədi. Cessika güldü və bir-birimizə bənzədiyimizi anladım”. 

Castin daha sonra Bilin nömrəsini götürərək əlaqə saxladığını bildirib: “Davamlı olaraq onu düşünürdüm. Başa düşmədiyim hisslər var idi. 2007-ci ildə Anaheim turunda konsertimə gəldi. Danışdıq, zarafatlaşdıq. O, məni və həyatımı dəyişdirdi”. 

Qeyd edək ki, 2007-ci ildə sevgili olan cütlük 2011-ci ildə nişanlanıb.  Onlar bir il sonra İtaliyada ailə həyatı qurublar.