“O, mənim adımdan istifadə edir”

o-menim-adimdan-istifade-edir
Oxunma sayı: 1182


"Bir çoxları mənə və bacıma zəng edib ““İnstagram”da özünsənmi?” sualını verirlər. Son günlər isə bu suallar durmadan artır, nəhayət, qərara gəldim mətbuata açıqlama verim. Mən heç bir sosial şəbəkənin istifadəçisi deyiləm. Bir neçə il əvvəl eyni problemlə “Facebook”da da rastlaşmışdım. Bir daha deyirəm ki,  nə “Facebook”da, nə “İnstagram”da, nə də başqa bir sosial şəbəkədə varam. O kimdirsə mənim adımdan istifadə edir. Lakin mənim heç kimi cəzalandırmaq fikrim yoxdur və əksinə bu cür hallara kənardan baxıb gülürəm. Bir sözlə qaşınmağım tutur”.