“O mənim döşümə toxundu, vurdum” - Erməni deputat

o-menim-dosume-toxundu-vurdum
Oxunma sayı: 7661

“Mən heç kimə imkan vermərəm ki, əynimdən paltarımı çıxarsın və döşlərimə, bədənimə toxunsun”. 

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində döyülən qadın deputat Marina Xaçatryan deyib. O, bildirib ki, parlamentdəki iclas zamanı onun sinəsinə toxunulub: “Ara qarışıqda bunu dərk edən kimi həmin adamı özünə gətirmək üçün şillə vurdum. Bəxti gətirdi ki, orda yer dar idi, yoxsa ayağımın da gücünü hiss edəcəkdi”.

Qeyd edək ki, hadisə fevralın 13-də baş verib. Xaçatryan Yerevanın Nubaraşen rayonundan çirkli axıntı sularını qablara dolduraraq gətirib. Bununla da o, həmkarlarını rayonun kanalizasiya sisteminin dəyişdirilməsinə ehtiyacın olduğunu çatdırmaq istəyib. Çirkablı suyun iyi qısa müddət ərzində otağı bürüyüb. Marina Xaçatryan bu suyu Yerevanın meri Taron Markaryana təqdim etmək istəyib. Bu isə hakim Respublikaçılar partiyasının təmsilçilərinin qəzəbinə səbəb olub.

Bir neçə deputat yerindən qalxaraq davaya başlayıblar və davanın gedişində Marina Xaçatryana zərbələr vurulub, qolları dartılıb, saçları yolunub. Bundan sonra Xaçatryan bəyan edib ki, ona qarşı seksual təhdid olunub və bunun əvəzində respublikaçı Edmond Kirakosyana şillə vurub.