“O mövqedə kasıb insan görmək istəmirəm” - Tramp

o-movqede-kasib-insan-gormek-istemirem
Oxunma sayı: 648

ABŞ prezidenti Donald Tramp iqtisadiyyatın idarəetməsi mövqeyində kasıb insanlar görmək istəmədiyini bildirib.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, Tramp hökumət kabinetində niyə milyarderlərə üstünlük verdiyi barədə suallara belə cavab verib:

“Varlı və ya kasıb bütün insanları sevirəm. Amma xüsusilə iqtisadiyyat sahəsində kasıb insanları istəmirəm. Mən bu halı daha çox sevirəm”.

Qeyd edək ki, Trampın kabinetindəki şəxslərin ümumi sərvəti özü ilə birlikdə 20 milyard dollara yaxındır.