O ölkənin səfiri Karlovun qətlinin şahididir - İfadə verə bilər

O ölkənin səfiri Karlovun qətlinin şahididir
Oxunma sayı: 2289

Qırğızıstanın Türkiyədəki səfiri İbrahim Junusov lazım gələrsə, rus səfirin qətli ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə səfir qırğız televiziyasına açıqlamasında deyib.

Junusovun sözlərinə görə, silahlı hücum zamanı o da Ankarada sərginin açılışında olub. Diplomat bildirib ki, atəş açılan zaman hər kəs yerə uzanıb: “Sərginin açılışında terrorçu qrup halında olan insanlardan arxada dayanmışdı. Onun pencəyinin yaxasında xüsusi işarə vardı. Buna görə də terrorçunu mühafizəçi zənn etdik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi