“O, qazandığı puldan mənə də verir”

o-qazandigi-puldan-mene-de-verir
Oxunma sayı: 2187

“Deyirlər ki, ən yaxşı mahnılarını Ramal özü oxuyur. Mahnını yazıram və bilirəm ki, hit olacaq, bu mənim mahnımdır. Ancaq sıradan bir ifaçı gəlib çıxır, oxuyur, 3-4 milyon izləyici toplayır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ramal İsrafilov “Şou məkan” verilişinə açıqlamasında deyib.  

Müğənni bir çox həmkarlarına mahnı hədiyyə etdiyini söyləyib:

“Biznesmen deyiləm, musiqiçiyəm. Yazdığım mahnı o müğənnilərə toy gətirir, məşhurluq gətirir. O, qazandığı puldan mənə də verir, mən də onlardan qazandığım pula aranjiman elətdirirəm, geyinirəm.

Elə müğənnilər var ki, mahnıları özüm hədiyyə etmişəm. Bir neçə gün öncə Sevda Yahyayeva məndən bir mahnı istədi. Çalışacam onu yazım. Elə mahnı olsun ki, Sevdaya yaxşı pul “oxuya” bilim də”.