“O qədər nömrələri var ki…”

o-qeder-nomreleri-var-ki
Oxunma sayı: 2222

“Mən heç kimdən küsməmişəm. Öz işimlə məşğul olan insanam. Röyanın qolu qırıldısa, mənim də qolum sındı. Ona bir şey olsa, mənə də bir şey oldu”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Abbas Bağırov “Show News”a açıqlamasında bildirib.  O, əməkdar artist Röya Ayxanla barışması barədə yayılan xəbərlərə münasibət bildirib. Müğənni qəzaya düşən həmkarına şəfalar diləyib:

“Mən onu ömür boyu tapa bilməmişəm. İnstaqramda danışırıq. O qədər nömrələri var ki, bilmirəm hansı ilə əlaqə saxlayım. Allah ona can sağlığı versin. Yaxşı ki, belə qurtardı. Allah onu bəd nəzərdən qorusun”.