“O qız canı ilə əlləşir, bunlar isə...”

o-qiz-cani-ile-ellesir-bunlar-ise
Oxunma sayı: 8363



Müğənni Röya Ayxanın xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynli üçün yardım etməsini istəyənlərə “Mən sağalmayan xəstəlik üçün yardım edə bilmərəm, pul verə bilmərəm” deməsinə müğənninin prodüseri Kənan Bayramov münasibət bildirib. 

“Qafqazinfo”ya açıqlamasında prodüser bildirib ki, heç kim onlara rəsmi və ya qeyri-rəsmi müraciət etməyib:

“İki gün öncə Röya Park Bulvarda oğlu ilə gəzəndə iki-üç qız ona yaxınlaşıb və Nərmin Hüseynli üçün saat 5-də keçiriləcək tədbirdə iştirak etməsini istəyib və bildiriblər ki, Miri Yusif də burada olacaq. Röya isə uşaqla olduğu üçün tədbirdə iştirak edə bilməyəcəyini bildirib, Miri Yusifdən xahiş edin, mənim adımdan da bir-iki kəlmə desin. Bu haqda Röyadan da soruşdum. Bildirdi ki, heç kəs ondan maddi  dəstək istəməyib, bəlkə belə bir niyyətləri olub, amma dilə gətirməyiblər. Qızlar da qeyd etdi ki, biz Röyadan pul istəməmişik. 

Heç kim bizə rəsmi və ya qeyri-rəsmi müraciət etməyib, adətən yardım üçün mənə zəng edirlər. Heç kim deyə bilməz ki, müraciət etdik, yardım etməkdən imtina etdilər. Nərmin Hüseynlinin durumu və onun üçün keçirilən aksiyalar haqda məlumatımız olmayıb.  Röyanın adından istifadə edirlər ki, daha çox yardım toplansın. Ayıbdır, o qız orada canı ilə əlləşir, bunlar reklam axtarır”.

 “Bu gündən sonra necə yardım etmək niyyətiniz var?” sualına isə Kənan Bayramov belə cavab verib:

“Zəng vuranların hamısı soruşur ki, yardım edəcəksiniz? Bizim indiyə kimi etdiyimiz yardımlardan heç kimin xəbəri olmayıb. Öz adımdan yüz manat yardım etmişəmsə, Röyanın adından iki yüz manat yardım etmişəm. Biz yardımı Allah rızası üçün edirik, bunu reklam etməyin mənası yoxdur”.

Könül