O qızı buraxdılar

o-qizi-buraxdilar
Oxunma sayı: 1554


"Qafqazinfo" The New Times saytına istinadən xəbər verir ki, 25 yaşlı Qönçə 30 000 dollar ödəyərək zaminə buraxılıb. Hazırda, o, ailəsiylə Tehranda Apellasiya məhkəməsinin qərarını gözləyir.

İki həftə bundan əvvəl Beynəlxalq Voleybol Federasiyası Qəvaminin azad olunmadığı halda İranda beynəlxalq voleybol oyunlarının keçirilməsini qadağan edəcəyini bildirib. Nəticədə, İranın İdman və Gənclər Nazirliyi qadın müxbirlərə sözügedən oyunları izləməyə icazə verib.

Qeyd edək ki, Qönçə Qəvami bu il iyun ayında kişilər arasında voleybol üzrə İran və İtaliya komandalarının oyununu izləmək cəhdinə görə 1 il azadlıqdan məhrum olunmuş və ona 2 il ərzində ölkəni tərk etmək qadağan edilmişdir.

Sevda