O qolu atdığına görə peşman oldu

o-qolu-atdigina-gore-pesman-oldu
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, UEFA İntizam Komitəsi braziliyalı forvardın “Norşeland” “Şaxtyor” oyununda vurduğu qolu “Fair Play”əyə zidd hərəkət kimi qiymətləndirib. Belə ki, oyun zamanı rəqib komandanın oyunçusu zədələndiyi üçün “Şaxtyor”lu futbolçular centilmenlik xatirinə topu “Norşeland” ın qapııçına doğru göndəriblər .Lakin Adriano buna məhəl qoymayaraq topu qapıdan keçirib. Məhz bu cür qeyri etik hərəkətinə görə Futbolçu UEFA tərəfindən bir oyunluq cəza alıb.

İqbal