“O səs Türkiyə”də növbəti azərbaycanlı- - Video

o-ses-turkiyede-novbeti-azerbaycanli-
Oxunma sayı: 5751


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki,  Səmra Rəhimli adlı iştirakçı pop-ulduz Tina Törnerin “Simply the best” mahnısının ifasıyla müğənni Hadisə və Mazhar Alanson-Özkan cütlüyünü döndərə bilib.

Səmra aparıcı Acunun istəyi ilə Aşkın Nur Yenginin repertuarından "Yalançı bahar" mahnısını da oxuyub. Həmyerlimiz sonda Hadisəni seçərək yarışmaya onun komandasında davam etmək şansı qazanıb.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin “TV8” telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.