“O səs Türkiyə”dən erkən vida

o-ses-turkiyeden-erken-vida
Oxunma sayı: 3440

TV8-də yayımlanan məşhur “O səs Türkiyə” mahnı müsabiqəsi 4 fevralda başa çatacaq.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il martda bitən müsabiqə, bu il ekranlarla daha erkən vidalaşacaq.

Yarışmanın erkən bitirilməsinə 10 fevralda başlayacaq “Survivor” yarışmasının səbəb olduğu ehtimal edilir.

Qeyd edək ki, verilişin aparıcısı Acun Ilıcalı ötən ay “Survivor Braziliya”nın çəkilişləri üçün Dominikan Respublikasına yollanmış, “O səs Türkiyə”də yerini Cess Molhoya həvalə etmişdi.