“O Səs Türkiyə”nin qalibi bəlli oldu - Video

o-ses-turkiyenin-qalibi-belli-oldu
Oxunma sayı: 2757

Ötən gün TV 8-də yayımlanan məşhur “O Səs Türkiyə” layihəsinin finalı baş tutub.  “Qafqazinfo” xəbər verir ki, gecədə Bəyazit Öztürkün komandasından Umut Kaç, Murad Bozun komandasından isə Ferat Üngür birincilik uğrunda mübarizə aparıblar

Onların çıxışından sonra xalq sesvərməsinin nəticələri açıqlanıb.  Reytinqli müsabiqənin qalibi F. Üngür olub.  O, “Birinciliyimi qadınlara, analara və şiddət görən xanımlara həsr edirəm” deyə bildirib. 

Bundan əlavə, “Acun Medya” tərəfindən qalib şəxsə  “Hibrit” markalı avtomobil hədiyyə olunub.