“O səs”də fərqli çıxış - “Qazağa gəl…”

o-sesde-ferqli-cixis
Oxunma sayı: 4524

Türkiyənin məşhur səs yarışması olan “O Səs Türkiyə”yə daha bir azərbaycanlı qatılıb.

“Qafqazinfo” xəbər verir ki, Ozan Əhmədov “Gipsy Kings” qrupunun “Bamboleo” mahnısın sözlərini dəyişdirərək oxuyub. 

O, bəstənin girişində “Qazaxa gəl, Səməd Vurğun ocağına gəl, Ədalətin ocağına gəl” kimi sözlər əlavə edib. 

Onun çıxışını münsiflərdən Yıldız Tilbe və Hadisə bəyənib. Ozan yarışmaya Hadisə ilə davam etmək istədiyini bildirib. 

Qeyd edək ki, Əhmədov keçən il də Hadisənin komandasında yarışmada iştirak etmişdi.