“O səs”də münsiflər dalaşdı - Məsələyə Acun qarışdı

“O səs”də münsiflər dalaşdı
Oxunma sayı: 4236

Xəbər verdiyimiz kimi, Yıldız Tilbe bu sezon “O səs Türkiyə” yarışmasında münsif kürsüsündə əyləşib. Müğənni yarışmaya gələn kimi böyük bir qalmaqala imza atıb. "Qafqazinfo" xəbər verir ki, çəkiliş zamanı  Yıldız Tilbe ilə Gökhan Özoğuz arasında ciddi bir mübahisə yaranıb. 

Səbəb isə proqramda Yıldızın irqçi çıxışları olub.  Belə ki, səhnəyə balkan mahnıları oxuyan qız çıxıb, Yıldızdan başqa bütün münsiflər onu bəyənib. Tilbe isə “Sən türk imişsən, belə olduğunu bilsəydim, dönərdim. Elə bildim xarici vətəndaşsan” deyib. 

Gökhan isə buna əsəbiləşərək “Yarışmaya xarici vətəndaşlar da gəlir. Niyə bəyənmirsən” söyləyərək həmkarına etirazını bildirib. 

Yıldız Göhkanın etirazını əsassız sayıb: “Bura “O səs Türkiyə”dir. Mən türk axtarıram, “O səs İngiltərə” müsabiqəsi deyil. Əks halda ingilis axtarışında olardım”.

Gökhan isə “O zaman kürdlərin də qatılmasına etiraz edərsən” bildirərək Tilbeyə söz atıb. Bu açıqlama Yıldızı özündən çıxarıb və məsələyə layihənin aparıcısı Acun Ilıcalı qarışıb və hər iki məşhurun mikrofonları kəsilib. 

Bundan əlavə, mübahisə külisdə davam edib.  Hətta, davada azərbaycanlı iştirakçının seçilməməsinə də toxunulub. 

Bu məqamda qeyd edək ki, Yıldız həmyerlimizə “Mən komandama gözəl türkçə danışan birini axtarıram” demişdi.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi