O təşkilatlardan alver mövzusu kimi istifadə olunur...

o-teskilatlardan-alver-movzusu-kimi-istifade-olunur
Oxunma sayı: 1693

Müasir qlobol siyasi müstəvidə  mövcud beynəlxalq təşkilatlar və QHT lərin əksəriyyətinin əhəmiyyətinin azalması tendensiyası müşahidə olunur. Günümüzün bir reallığıdır ki , beynəlxalq təşkilatlar, QHT-lər və onların beynəlxalq münasibətlərdəki yeri və rolu 10 -15  il öncəki kimi deyil və son illər ərzində onların  yürütdükləri  yanlış siyasətləri və yanaşmaları, beynəlxəlq münasibətlərdəki missiyaları haqqında çoxlu açıq suallar doğurur. Bu suallara mümkün cavablar ətrafinda yaranan mənzərə isə belə qurumlara güvənin zədələnməsinə səbəb olmuşdur.

Heç bir hüquqi məsuliyyət daşımayan, heç bir öhdəliyi olmayan  bu təşkilatlar son illərdə  müxtəlif iqtisadi və siyasi lobbi qrupları üçün poliqon rolunu oynaması, demokratiya, insan haqları və şəffaflıq kimi mövzulardakı hesabatlarının  beynəlxalq səviyyədə  siyasi - iqtisadi maraqlar üzərində təsir vasitəsi, alver mövzusu kimi istifadə olunması göz önündədir.

 Zaman-zaman siyasi və iqtisadi lobbi qruplarının əlində vasitə olan, müxtəlif dövlətlər üçün  proseslərə yanaşmalarda   ikili standartlar, çox vaxt isə qərəzli yanaşmalar tətbiq edən bu təşkilatlar beynəlxalq siyasətdə və münasibətlərdə sanki "polis" rolunu oynamaq iddiasındadırlar. 

Bəzən isə bu təşkilatların fəaliyyətləri  sanki bir neçə dövlətin öz maraqlarını,  xarici siyasətini beynəlxalq müstəvidə daha rahat həyata keçirməsinə xidmət etməsi təssüratı yaradır. 

Avropa Birliyi özünün formalaşdırdığı, qurumun  ərazisində strateji  və kəşfiyyat məsələləri üzrə ixtisaslaşmış  təsisatların hesabatlarında,  AB  siyasi institutlarında fəaliyyət göstərən QHT lərin  missiyası   və onların  iqtisadi bə siyasi dairələrin əlində  bir alət olmasını ifşa edən məlumatlara hər il biz daha çox rast gəlirik. 

Məsələn,  Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) nın  Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Soros Fondunun maliyyələşdirdiyi və AB də  müəyuən sazişlər və razılaşmalar öncəsi müəyyən  siyasi və iqtisadi məsələlərdə təzyiq vasitəsi kimi istifadə etdiyi  QHT-lərdən ibarət gizli şəbəkəni mövcudluğunu ifşa edən hesabatı nümunə göstərə bilərik. 

Son illərin narahatedici tendensiyalarından biri isə bu təşkilatların kəşfiyyatlar və xüsusi xidmətlərlə əməkdaşlıqlarının sezilməsi tendensiyasıdır. Son illər bu əməkdaşlıq bir neçə istiqamət üzərindən özünü biruzə verir .Bu bəzən xüsusi xidmətlərin sızdırılmış informasiyaları əsasında tərtib olunmuş hesabatlar, çox vaxt isə  sizdırmaları təhrif olunmaqla hesabatlara salınması tendensiyasi mövcuddur. 

 Bu  əməkdaşlıqda  əsasən hədəf dövlətlərin iki tərəfli , beynəlxalq hökümətlərarası təşkilatlarla münasibətlərinin korlanmasına , regionlararası iqtisadi, enerji və təhlükəsizlik siyasətlərinin diskrititasiya olunmasına ,  dövlətlərin daxili siyasi stabilliyi pozulmasına yönəlmişdir. 

Çox maraqlıdır ki, bu tip əməkdaşlıq daha çox özünü şəffaflıq və hesbatllıq sahəsinə fəaliyyət göstərən beynəlxalq QHT- lər də müşahidə olunur. Bu tip qurumların kəşfiyyat və xüsusi xidmətlərin sızdırmalarının  guya  bu və ya diğər ölklərdə sıravi jurnalistin araşdırmaları kimi təqdim olunması günümüzün bir  reallıqlarıdır.  

Yüksək texnologiyaların  informasiya təhlükəsizliyin bu qədər ciddi goruduğu əsrdə , maliyyə institutlarının korporativ məlumatların qorunması üçün astronomik məbləğlər sərf etməsi hesabına müqavilələr, bank məlumatları  və beynəlxalq  köçürmələrin məxfiliyini təmin edən  təşkilatı və texniki standartlarının bu gədər güclü olduğu bir zamanlarda   sıravi bir jurnalistin belə məxfi  məlumatları əldə edə bilməsinə inanmaq sadəcə sadelövlükdür. 

Haqqında danışdığımız bu tip təşkilatlardan biri məhz Transparency İnternationaldır. Özünü ümumdünya anti korrupsiya koalisiyası adlandıran , üzərinə ölkələr üzrə korrupsıya səviyyəsini müəyyənləşdirmək  qədər iddialı bir missiya götürən  Transparency İnternasional fəaliyyətinin müxtəlif dövrlərində , ölkələr üzrə mediada gedən  koorupsiya haqqında məlumatların cəmlənməsi qədər qeyri ciddi bir üsulla hesabatlarının  hazırlanması təcrübəsi ilə məşhur idi. 

Fəaliyyətinin sonrakı dövrlərində Transparency İnternational da diğər bu tip beynəlxalq  QHT lər kimi iqtisadi və siyasi lobbi qruplarının təsiri altına düşdü və fəaliyyətini bu dairələrin maraqlarının təminatı üzərindən maliyyələşməsi ilə davam etdirdi. Son illərdə isə Transparency İnternational  daha çox kəşfiyyat və xüsusi xidmətləri ilə əməkdaşlıq ,  sızdırmaları hesabına iqtisadi və siyasi dairələrin maraqlarını həyata keçirilməsində təcrübəsini tətbiq etdi. Bu isə əlbətdə diqqətdən kənarda qalmadı və 2005  ci ildə beynəlxalq dairələrdə  Transparency İnternational kəşfiyatlar və  xüsusi xidmətləri ilə əməkdaşlıq ittihamları ilə üz üzə qaldı.Transparency İnternationalın hesabat və dərclərində istinad etdiyi  təsisatlardan biri də  OCCRP ( Mütəşəkkil Cinayətkarlıq və Koorupsiya hesabatlılığı ) dir. Haqqında danışdığımız OCCRP hesabatlarındakı məlumatların kəşfiyatlar və  xüsusi xidmətləri sızdırması əsasında formlaşmasının beynəlxalq kiber və ümumi təhlükəsizlik sammitlərində dəfələrlə ən yüksək səviyyədə səsləndirilmişdir. 

Bu qurumun yaranması tarixinə diqqət edəriksə, qurum məhz 2005 ci ildə  Transparency İnternationalın kəşfiyyat və  xüsusi xidmətlərlə  əməkdaşlıq ittihamları ilə üz üzə gəldiyi ilə təsadüf edir və məhz həmin iıdən başlayaraq Tİ  maraqlı  OCCRP  adlanan bir qurumun xidmətlərindən istifadə edir. Bu qurum məhz  Tansparency İnternationalı beynəlxalq dairələrdə   hesabatlarındakı  şübhəli məqamlarda kəşfiyyat və xüsusi xidmətlərin sizdirması əsasında fəaliyyat qurması ittihamlarından yayınmaq üçün , istinad mənbəyi olaraq istifadə olunması üçün vacibdir. Nəzərə alsaq ki OCCRP fəaliyyəti Transparency İnternationalın maliyyə resurslarının istifadəsi üzərindən qurulmuşdur, hər iki qhtnin  əksəriyyət ölkələr üzrə əməkdaşlıq etdiyi şəxslər də  eyni şəxslərdir, onda bu qurumun eyni layıhənın  daha çirkli işlərinin davam etdirilməsi üçün yaradılması heç bir şübhə yaratmır.

Yeganə Hacıyeva