“O video saxtadır, tərbiyəm imkan verməz ki...” - Ziyafət Əsgərov

o-video-saxtadir-terbiyem-imkan-vermez-ki
Oxunma sayı: 12840

Azərbaycan Milli Məclisi (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin son iclasında spiker Oqtay Əsədovla aralarında dialoqdan bəhs edən videonun saxta və montaj olduğunu bildirib. 

“Qafqazinfo”nun məlumatına görə, Ziyafət Əsgərov “Report”a müsahibəsində bildirib ki, bu, saxta video- montajdır.

“Bu saxta video - montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli sədrimizə “sən” deyə müraciət edim”, - deyə sədrin birinci müavini vurğulayıb.

Qeyd edək ki, son günlər bəzi internet resurslarında, sosial şəbəkələrdə Milli Məclisin spikeri ilə birinci vitse- spikeri arasında iclas zamanı parlamentin 100 illiyi ilə bağlı dialoq barədə video-audio material yayımlanıb.