O xəbərdən sonra neft 3 faizə qədər bahalaşdı

o-xeberden-sonra-neft-3-faize-qeder-bahalasdi
Oxunma sayı: 1497

Dünya birjalarında Brent və WTI markalı neftin qiyməti 3 faizə qədər bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb “Reuters” agentliyinin mənbəsinə istinadən yaydığı məlumat olub. Məlumatda qeyd edilirdi ki, OPEK+ xammal hasilatını gündəlik 1,3 milyon barrelə qədər azaltmaqla bağlı razılıq üzərində işləyir.

Xəbərin ardınca, bu gün günorta saatlarında Brent markalı neftin qiyməti 2,98 faiz bahalaşaraq barreli 63,53 dollara yüksəlib. 

WTI markalı neftin yanvar fyuçersi isə 2,98 faiz bahalaşaraq barreli 54,53 dollar təşkil edib.