“O xəritə Rusiyanın sifarişidir” - Türk mediasından şok iddia

“O xəritə Rusiyanın sifarişidir”
Oxunma sayı: 2906

Ötən həftə ölkə gündəmini zəbt edən “Azərbaycan tarixi” dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə yazan “Sözcü” qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır. Xəbərdə qeyd edilir ki, bu haqda Azərbycandakı mənbələr danışıblar. Onlar iddia edib ki, dərslik və oradakı xəritə Rusiya tərəfindən sifarişlə hazırlanıb.

Xatırladaq ki, rus bölməsinin 10-cu sinifləri üçün hazırlanan “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Həmin kitablar toplanaraq yenisi nəşr edilib və məktəblərə verilib. 

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi