“O, zəng etməsə, mən də etməyəcəm” - Ərdoğandan Trampa

o-zeng-etmese-men-de-etmeyecem
Oxunma sayı: 1617

Afrin əməliyyatına suriyalı müxaliflər də qoşulacaqlar. Bu mübarizə onlar üçün aparılır. Biz onlara, torpaqlarına sahib çıxmaları üçün yardım edirik. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrin əməliyyatı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Daha sonra Türkiyə lideri ABŞ-ın sərhədə qoşun yerləşdirmək planı ilə bağlı danışıb:

“Amerika 11-12 min kilometrdən gələcək, burada özünə bir ordu yaradacaq və adını da nə qoyacaq? “Sərhəd təhlükəsizliyi”. Nəyin sərhəd güvənliyi? Baxın, hazırda Suriyada rejim “bu, bizim üçün təhdid yaradır” deyir və qəti şəkildə, buna istiqanlı yanaşmır”.

Ərdoğan “Tramp ilə danışacaqsınızmı” sualına isə “Hazırda ona zəng etməyi düşünmürəm” cavabını verib: “Çünki daha əvvəl bunları danışmışıq. O, mənə geri zəng edəcəkdi. Ondan belə bir zəng gəlmədiyi müddətcə mən onu axtarmaram”.