“Obama Ağ Evdə baş vermiş partlayışda yaralandı” - Tvit

obama-ag-evde-bas-vermis-partlayisda-yaralandi-tvit
Oxunma sayı: 636

"Qafqazinfo"nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, agentliyin səhifəsində yerləşdirilmiş xəbərdə Ağ Evdə iki dəfə partlayışın baş verdiyi və prezident Obamanın yaralandığı bildirilib.

Ancaq həqiqət qısa bir müddət sonra ortaya çıxib. Xəbərin yalan olduğu bildirilib.
"AP"nin sözçüsü Paul Colford "Twitter" hesablarının haker hücumuna uğradığını ifadə edərək, xəbərin doğru olmadığını açıqlayıb.

Mövzuyla əlaqədar bir şərh də Ağ Evdən gəlib . Ağ Ev spikeri partlayış xəbərinin yalan olduğunu söyləyib.