Obama azərbaycanlı tələbəni mükafatlandırdı

obama-azerbaycanli-telebeni-mukafatlandirdi
Oxunma sayı: 2987


“Qafqazinfo” xəbər verir ki, T.Hümmətov ABŞ-da oxuduğu müddətdə daima digər həmkarları arasında dərsə davamiyyəti, hazırcavablığı və tədris müddətində dərslərə layiqli cavablar verməsi ilə fərqlənib. Eyni zamanda T.Hümmətov məktəbin müəllim heyyətinin rəgbətini qazanıb. Dərslərdə göstərdiyi yüksək intellektual bilik və bacarığı nəticəsində Toğrul məktəbi Qızıl medalla bitirib.

Məlumata görə, ABŞ-ın təhsil sistemində mövcud olan qaydalara görə, Birləşmiş Ştatlar sərhədləri çərçivəsində mövcud olan məktəblərdə yüksək bilik və bacarıq nümayiş etdirən və məktəbi Qızıl medallarla bitirən şagirdlər ölkənin prezidenti tərəfindən diplomla mükafatlandırılırlar. Toğrul belə bir medala və mükafata layiq olan ilk azərbaycanlıdır. Qeyd edək ki, artıq Toğrul Hümmətov ABŞ-ın Boston şəhərində yerləşən Bryant Universitetinə qəbul olub və ali təhsilini bu universitetdə davam etdirəcək.