Obama Beyonsla eşq yaşayır: İddia- - Fotolar

obama-beyonsla-esq-yasayir-iddia-
Oxunma sayı: 5982


ABŞ prezidenti Barak Obama ilə əlaqədar yayılan iddia Fransa prezidenti Fransua Ollandın gizli eşq xəbərlərini kölgədə qoyacaq. “Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu barədə fransız paparazzi müxbiri Paskal Rosta "Vaşinqton Post"un sabahkı nəşrində yayımlanacağını bildirib.

Bu gün "Europe 1" kanalında qonaq olduğu bir proqramda danışan fransız müxbir daha sonra fikirlərini belə davam edib:

"Son vaxtlar Obama cütlüyünün aralarında soyuqluq olduğunu görürük. Az şəkil çəkdirirlər, ya da şəkillərdə məsafəli dayanırlar və sonra da Beyonsla olan əlaqələri iddiası ortaya çıxdı. Mətbuat olmayan bir şeyi yazmaz. Keçmişdə Merlin Manro, Monika Levinski dedi-qodularını da gözardı etmək lazım deyil. Dünyanın ən güclü lideri olsan da, nəticədə sən də insansan".

Obamanın ikinci seçki kampaniyasında Beyons əri məşhur repçi Cey-Zi ilə ona dəstək olmuşdular.

Xatırladaq ki, keçdiyimiz günlərdə Obama cütlüyünün yataqlarının ayırdıqları, aralarında tez-tez mübahisələrin olduğu və boşanma iddiaları ortaya çıxmışd.