Obama Ərdoğan üçün xüsusi hazırlıq görür

obama-erdogan-ucun-xususi-hazirliq-gorur
Oxunma sayı: 636

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ hökuməti Ərdoğanı həm hava limanında, həm də Ağ Evdə hərbi mərasimlə qarşılayacaq. Bunun ilk dəfə bir türk siyasətçi üçün təşkil edildiyi bildirilir.

Eyni zamanda, ABŞ prezidenti ilə Türkiyə baş naziri üzbəüz yemək yeyəcək. Bunun da nadir hallarda tətbiq edilən diplomatik jest olduğu ifadə olunur.

İki lider bir saatlıq ortaq mətbuat konfrans keçirəcək.

Qeyd edək ki, baş nazirlə xanımı Ağ Evin rəsmi qonaq evi olan “Blair House”da istirahət edəcək.