Obama Fələstin və İsrail liderləri ilə görüşdü

obama-felestin-ve-israil-liderleri-ile-gorusdu
Oxunma sayı: 634

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən əldə etdiyi məlumata görə, görüş BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl baş tutub.
Mahmud Abbasla görüşdə Obama bəyan edib ki, ABŞ Fələstinin müstəqilliyi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarına veto qoyacaq.
Netanyahu ilə danışıqlar bir neçə saat əvvəl başlayıb. İsrailin baş naziri ABŞ-ın mövqeyi barədə öz fikirlərini bildirib, deyib ki, Obama “yəhudi dövlətinin” müdafiəsi üçün “fəxri mükafata” layiqdir.
Xatırladaq ki, Fələstin lideri Mahmud Abbas ölkəsinin BMT-yə üzv olması ilə bağlı bu təşkilata müraciət edib. ABŞ isə əvvəlcədən BMT-də bu qərara veto qoyacağını bildirmişdi.