Obama kürdlərin lideri ilə görüşdü

obama-kurdlerin-lideri-ile-gorusdu-
Oxunma sayı: 635

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüş Ağ evdə baş tutub.

Ağ evdən verilən açıqlamada bildirilir ki, Joe Bidenlə nəzərdə tutulan görüşə Obama da qatılıb. Görüşdə ABŞ-ın federal, demokratik və birləşmiş İraqla strateji əməkdaşlıq məsələləri müzakirə olunub.

Vitse-prezdient Biden Məsud Bərzaninin şərəfinə nahar verib.

Məsud Bərzani ABŞ-ın müdafiə naziri Leon Panetta və dövlət katibinin müavini Bill Burns ilə də görüşüb. Dövlət katibi Hillari Klintonun da qatıldığı görüşdə ABŞ-İraq münasibətləri mövzusunda bir çox məsələlər müzakirə edilib.