Obama məşhurlarla bir arada - “Qremmi”dən fotolar

Obama məşhurlarla bir arada
Oxunma sayı: 1546

Musiqi dünyasının ən məşhur “Qremmi” mükafat gecəsi Los-Ancelesdə baş tutub. “Qafqazinfo” xəbər verir ki, tədbirin 61-ci buraxılışı “Staples Center”də reallaşıb. 

Mərasimdə ən diqqətçəkən məqam isə Amerikanın keçmiş birinci xanımı Mişel Obamanın sürpriz edərək səhnəyə çıxması olub. O, Lady Gaga, Jada Pinkett Smith, Alicia Keys və Jennifer Lopezlə birgə çıxış edib. 

M. Obama “istər rok, istərsə də rep… Fərqi yoxdur. Musiqi bizim ümidlərimizi, sevgimizi, hörmətimizi paylaşmağa köməklik göstərər” deyə bildirib. 

Gecənin açılışını isə Camila Cabello edib. Pop ulduz səhnəni Ricky Martin, J Balvin, Young Thug və Arturo Sandoval ilə birgə bölüşüb. 

Əfsanəvi ulduz  Diana Ross isə 75 yaşını “Qremmi”də qeyd edib. Müğənni “The Best Years of My Life” və “Reach Out And Touch” bəstələrini ifa edib. 

Gecədə ilin yeni sənətçisi Dua Lipa, ən yaxşı solo performans Ledi Qaqa, ən yaxşı rok performans Chris Cornell, ən yaxşı klip “This Is America” və başqaları bu kimi nominasiyalar üzrə qalib olublar. 


















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi