Obama prezidentlərə məsləhət verdi

obama-prezidentlere-meslehet-verdi-
Oxunma sayı: 646

Telefon söhbətində ABŞ prezidenti Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində həlledici addımın atılmasının önəmli olduğunu bildirib. O, münaqişənin Helsinki prinsipləri - güc işlətməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

ABŞ prezidenti Barak Obamanın Ermənistanın dövlət başçısı Serj Sarkisyanla telefon söhbəti olub. Obama Ermənistan, Rusiya və Azərbaycanın dövlət başçıları arasında gözlənilən üçtərəfli görüşə mühüm əhəmiyyət verdiyini bildirib. O, Kazanda irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb.S. Sarkisyan bildirib ki, həm Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri münaqişənin dinc və ədalətli həllinə çalışırlar. Onun fikrincə, Azərbaycan tərəfi Kazanda konstruktiv yanaşma nümayiş etdirsə, müsbət nəticələr gözləməyə dəyər.