Obama “Twitter”də

obama-twitterde
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, “Youtube”, “Facebook”, “Twitter” kimi məşhur sosial şəbəkələrdən istifadə edən ilk ABŞ prezidenti olan Obamaya 140 istifadəçi “Twitter”də sual ünvanlayıb. Obama “Twitter”in qurucusu Cek Dorsey ilə birlikdə 18 istifadəçisinin göndərdiyi yazılı suallara cavab verə bilib. Təxminən 1 saat davam edən sorğu əsnasında Obamaya yönəldilən suallar ABŞ iqtisadiyyatı, xüsusilə məşğulluq sahəsi, mənzil bazarındakı problemlər, şagird borcları və NASA kimi mövzuların çoxluğu ilə müşahidə edilib.

ABŞ prezidentinə sual göndərənlərdən biri də ABŞ Nümayəndələr Palatasının rəhbəri Con Boner olub. Obama “borclarımızı daha da artıran rekord səviyyədəki xərclərdən sonra məşğulluq artımı olacaqmı” sualına cavab verməzdən əvvəl Bonerin mesajdakı hərf səhvlərinə işarə edərək sualı zarafatyana cavablandırıb: “Əvvəlcə Conun yazı qabiliyyəti üzərində çalışmalıyıq”. Ölkədəki məşğulluq bazarının ümid etdiyi kimi güclü olmadığını deyən Obama Respublikaçıları məşğulluğun artmasına yardım etmək üçün iqtisadi canlanma tədbirlərinə qarşı çıxmaqla tənqid edib: “Amma Bonerın işığı görəcəyinə əminəm”.

Nərgiz Ehlamqızı