Obama və Mişelin pulunu saydılar

obama-ve-miselin-pulunu-saydilar
Oxunma sayı: 650

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama 2010-cu ildə 2012-ci ildən daha çox gəlir əldə ediblər. Bu barədə Ağ Evin saytında dərc olunmuş bəyannamədə bildirilir.

Obama ailəsinin gəliri 2010 – cu ildə 1, 7 milyon dollar təşkil edib. Sənədə əsasən, Obama ailəsi ötən il 112 min 214 dollar vergi ödəyib.

Prezident və xanımı eyni zamanda müxtəlif xeyriyyə təşkilatlarına ianələr– 150 min 34 dollar bağışlayıblar ki, bu da olnalrın illik gəlirinin 24, 6 faizini təşkil edir.

Ağ Ev həmçinin, ABŞ-ın vitse-prezidenti Cozef Bayden və həyat yoldaşı Cil Baydenin gəlirlərini açıqlayıb. Baydenin 2012 –ci ildə qazandığı ümumi gəlir 385 min 72 dollar təşkil edir.