Obama və xanımından Ramazan təbriki

obama-ve-xanimindan-ramazan-tebriki
Oxunma sayı: 633


"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Obama Ramazan ayının başlaması münasibətilə yayımladığı təbrik məktubunda ABŞ xalqı, özü və həyat yoldaşı Mişel Obama adından bütün müsəlmanlara xoş diləklərini çatdırıb.

Obama məktubunda Ramazan ayının oruc tutmaq, dua etmək, özündə mənəvi təmizlik etmək üçün yaxşı bir vaxt olduğunu bildirib.

Obama bu ayın həmçinin, dünyadakı müsəlmanlarla, yoxsulluq çəkənlərin arasında bərabərlik yaratdığını dilə gətirib.

Barak Obama dünyanın bir çox yerində baş verən insan qarşıdurmalarının, çəkişmələrin olmamasını, bu müqəddəs ayın sülh və ədalət bəxş etməsini diləyib. 

O, həmçinin hər il olduğu kimi, bu ildə ABŞ-dakı müsəlman amerikalılarını iftar üçün Ağ Evdə qonaq etməyi dörd gözlə gözlədiyini bildirib.

Obama bu təbrik mesajını "Ramazan-ı kərim" ifadəsiylə başa çatdırıb.