Obama yetim qaldı

obama-yetim-qaldi
Oxunma sayı: 643

ABŞ-da “qırmızı dərili” hindu qəbiləsinin qocaman başçısı vəfat edib. “Qafqazinfo”nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu, 2008-ci ildə prezidentliyə namizəd olarkən indiki Amerika dövlət başçısı Barak Obamanı oğulluğa götürən 78 yaşlı Hartford “Sonni”dir. O, pnevmaniya və emfizemadan əziyyət çəkirdi.

Belə ki, 2008-ci ildə seçkiöncəsi kampaniya zamanı Montana ştatına səfəri zaman Obama qəbilənin ailə üzvlüyünə götürülmə ayinində iştirak edib. O zaman indiki prezidentə “bu dünyada insanlara kömək edən şəxs” adı verilmişdi.

Ancaq bu adın olduqca uzun və tələffüz üçün çətin olduğundan Obama və onun ailəsi ona “Qara qartal” adının verilməsi ilə razılaşıb.