Obamadan rəqibinə cavab

obamadan-reqibine-cavab
Oxunma sayı: 632

Səfəri zamanı tərəfdarları qarşısına çıxan Obama seçki ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. Obama bildirib ki, rəqibi Mit Romninin ölkəni iqtisadi geriləmədən xilas etmək üçün etdiyi təkliflərin səmərəsi ola bilməz. Onun sözlərinə görə, Amerika xalqı keçmişdə buraxdığı səhvləri bir daha təkrarlamayacaq.

"Mit Romni elə düşünür ki, zəngin amerikalılar üçün əlavə 5 trilyon dollarlıq vergi islahatı aparılsa, bütün problemlərimiz öz həllini tapacaq. Bu əsla belə deyil. Biz bu təcrübəni uzun illər boyu sınaqdan keçirmişik, lakin problem həll olunmayıb. Birləşmiş Ştatlar əhalinin yarısını məsuliyyətsiz təbəqəyə aid edərək saf-çürük edən ölkə lideriylə işləyə bilməz. Mənsə bu ştatda məsuliyyətsiz insan yox, daha çox çalışqan Viskonsinlilər görürəm".

Obama, həmçinin, əlavə edib ki, nə qədər ki, ölkə başçısı odur, ABŞ-ın hərbi qüvvələri dünyada bir nömrəli güc olacaq.