Obamanı Hollivud aktyoru əvəz edəcək?

obamani-hollivud-aktyoru-evez-edecek
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Obamanın təhsil və xarici siyasətdəki uğursuzluğunu müzakirə edən Damonun çıxışından təsirlənən aktivistlər 40 yaşlı aktyorun Ronald Reyqan və Arnold Shvarstneqr kimi siyasətə gələ biləcəyini düşünürlər. Bu məsələ ilə bağlı ilk olaraq müxalif rejissor Maykl Mur fikir bildirib. Rejissor Damonun fikrilərini müdafiə etdiyini və cümhuriyyətçilərin də bu yolla gedərək uğur qazandığını xatırladıb. Qeyd edək ki, aktyor Darfur üçün yardım müraciəti edib və son olaraq müəllimlərin haqlarını qoruyan çıxışı ilə yadda qalıb. Damon Lusiana Barosso ilə evlidir və üç uşağı var.

Səidə