Obamanı öldürmək istəyirmiş

obamani-oldurmek-isteyirmis-
Oxunma sayı: 638

Norveçin paytaxtı Osloda və Utoya adasında ötən ilin iyulunda reallaşdırdığı hucumla 77 nəfəri öldürən radikal sağçı Anders Breyvikin 2009-ci ildə ABŞ prezidenti Barak Obamaya da bombalı sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

Norveçdə yayımyanan “Dagbladet” qəzetinin Breyvikin polisə verdiyi ifadəsinə istinadən yazdığı xəbərinə görə, “Sarı Şeytan” ləqəbli terrorçu ABŞ prezidenti seçildikdən sonra Nobel mükafatına layiq görülən Obamanı Osloda təşkil edilən mükafatlandırma mərasimi zamanı öldürməyi planlaşdırırmış.

Breyvik ifadəsində Islam əleyhdarı mesajını bütün dünyaya çatdırmaq üçün üçün mükafatlandırma mərasiminin keçirildiyi Oslo şəhər bələdiyyəsinin binasının yerləşdiyi meydana partlayıcı yüklənmiş avtomobil buraxmaq istədiyini, ancaq güclü təhlükəsizlik tədbirləri nəticəsində planını həyata keçirə bilmədiyini söyləyib.

Əlavə edək ki, psixoloji vəziyyətiylə bağlı son hesabatın aprelin 10-da açıqlanması gözlənilən Breyvikin aprelin 16-da hakim qarşısına çıxacağı bildirilir.
azadliq.info