Obamanın Avropaya səfəri başlayır

obamanin-avropaya-seferi-baslayir
Oxunma sayı: 641


Onun səfəri Ukraynanın şərqində təhlükəsizlik qüvvələri ilə Rusiyayönlü separatçılar arasında döyüşlərin davam etdiyi vaxta təsadüf edir. Obama-nın Varşavada Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenkoilə görüşəcəyi bildirilir.

Belçikada ABŞ prezidenti Böyük 7-lik ölkələrinin liderləri ilə danışıqlar aparacaq. Onlar Rusiya qazından asılılığı azaltmağın yollarını və Rusiyaya yönəlik yeni sanksiyaları müzakirə edəcəklər.   

Daha sonra Obama Fransada Normandiyanın işğalının 70 illiyinə həsr olunmuş tədbirə qatılacaq.

Rusiya prezidenti Vladimir Putin-in də bu tədbirə qatılacağı gözlənilir.

Ağ Ev bildirib ki, Obama-nın Putinlə ikitərəfli rəsmi görüşü nəzərdə tutulmasa da, birgə müzakirələri olacaq.

Azadliq.org