Obamanın furqonunu oğurladılar

obamanin-furqonunu-ogurladilar-
Oxunma sayı: 642

“Qafqazinfo”nun rus saytlarına istinadən verdiyi xəbərə görə, hadisə prezidentin seçkiqabağı ölkə turunun ilk günündə yaşanıb. Maraqlıdır ki, maşının üzərində kimə məxsus olması barədə heç bir fərqləndirici nişan olmayıb. Furqonda dəyəri 200 min dollardan çox olan podyum, telesuflyor və çoxlu sayda müxtəlif audio və video avadanlıqlar olub.

Obamanın komandası isə çox gözləməli olmayıb. Bir neçə saat sonra furqon "Holiday İnn Express” otelinə və aeroporta yaxın bir yerdə tapılıb. Avtomobildə heç bir gizli informasiyanın olmadığı bildirilir.

Səidə