Obamanın qaldığı ev kirayə verilir

obamanin-qaldigi-ev-kiraye-verilir-
Oxunma sayı: 637

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda yerləşən mənzildə yaşamaq üçün ayda 2400 dollar icarə haqqı ödəmək lazımdır. Kolumbiya universitetinin yaxınlığında yerləşən hündürmərtəbəli binadakı həmin mənzil üçün yeni sahiblər axtaran şirkət “Prezident kimi yaşa! Ola bilsin ki, bir gün sən də belə Ağ evdə peyda olacaqsan!” şüarını seçiblər.

1981-ci ildə 20 yaşlı Obama mənzildə yaşamağa başlayır. Gələcək prezident icarə haqqı olaraq o zaman 380 dollar ödəyirdi. Bina administrasiyasının məlumatına görə, mənzildə kiçik kosmetik işlər istisna olmaqla demək olar ki, heç bir şey dəyişməyib.