Obamanın qızı ingilis sevgilisi ilə birlikdə - Fotolar

obamanin-qizi-ingilis-sevgilisi-ile-birlikde
Oxunma sayı: 3835

ABŞ-ın eks-prezidenti Barak Obamanın böyük qızı Maliya ingilis sevgilisi Rori Farquharsonla görüntülənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı Maliya eyni yaşdakı sevgilisi ilə Nyu-Yorkda ticarət mərkəzlərindən birinin qarşısında kameralara tuş gəlib.

Maliya və Rori kameraların onları görüntüləməsindən narahat olmayıb və öz rahat hərəkətlərini davam etdiriblər.

Qeyd edək ki, cütlük Harvard Universitetində tanış olub. Maliyanın Rori ilə münasibəti ortaya çıxandan sonra sosial mediada ona maraq daha da artıb və buna görə də profilini bağlamaq məcburiyyətində qalıb.