Obamanın qucaqlaşıb öpüşmələri – fotolar

obamanin-qucaqlasib-opusmeleri-fotolar
Oxunma sayı: 640

“Qafqazinfo” publika.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Barak Obama noyabrın 20-də myanmalı müxalifət lideri xanım Aunq San Suu Kyi ilə görüşüb. Obama bu ölkəyə səfər edən ilk Amerika prezidentidir. Prezident Suu Kyi tərəfindən olduqca mehriban qarşılanıb. Çünki bu müxalifət lideri üçün olduqca mühüm andır. Bu Amerikanın onu dəstəklədiyini göstərir.
Liderlər arasındakı mehribanlığı göstərən ABŞ dövlət katibi Hillari Klinton Kyini möhkəm qucaqlayıb. Xatırladaq ki, Klinton və Kyi bundan öncə iki dəfə görüşüblər. Obamanın səfəri altı saat çəkib.
Suu Kyi azad və demokratik Myanma uğrunda mübariz bir qadındır. O vaxtilə iyirmi ilə yaxın ev dustağı kimi salxanıb. Hazırda parlamentin üzvü olan Suu Kyi Obamanı evində qarşılayıb.
Hava limanından evə qədər olan yolda dayanan uşaqlar və gənclər ağ paltarlarda olublar. Onlar əllərində “Xoş gəldin Obama” yazılan plakatlar saxlayıblar.
Obamanın səfəri çox az çəksə də, iki ölkə arasındakı münasibətlər üçün böyük əhəmiyyət kəsb edib. Prezident Kyidən başqa baş nazir Teyn Seynlə də görüşüb. Teyn prezidentdə səfərindən məmnunluğunu ifadə edərək təşəkkür edib və deyib ki, iki ölkə arasındakı münasibətlər günü-gündən güclənir.
Əslində Obamanın Asiya səfəri həm də onu göstərir ki, uzun müddət seçki kampaniyasına başı qarışan ABŞ prezidenti yenidən dünya siyasi səhnəsinə geri dönür. Myanmadan sonra Kambociyaya səfər edən Obama prezidentə bildirib ki, ölkədə azad seçkilər olmalı, siyasi məhbuslar azad edilməlidir.
Ağ Evin məlumatına görə Obama səfər zamanı həm də Myanmanın qərbində yerləşən Raxində baş verən etnik qarşıdurmayla bağlı da müzakirələr aparacaq. Belə ki, əsasən müsəlmanların yaşadığı bu ərazidən təxminən 110.000 adam qovulub.